Azərbaycanın Gənclər və idman naziri Fərid Qayıbov “Qarabağ”ın “Marsel”ə qarşı Fransadakı oyununu canlı izləyəcək.
Newsport.az-ın xəbərinə görə, nazir dünən oyun öncəsi Ağdam komandasının məşqində də olub. Onu klubun baş meneceri Asif Əsgərov müşayiət edib.
Xatırladaq ki, Konfrans Liqasının 1/16 final mərhələsinin “Marsel” - “Qarabağ” görüşü Bakı vaxtı ilə bu gecə saat 00:00-da başlanacaq.