"Qarabağ"ın Fransa proqramı

Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda "Marsel"in qonağı olacaq "Qarabağ" bu gün Fransaya yollanacaq.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, komandanı Marsel şəhərinə aparacaq təyyarə saat 16:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından uçaçacaq. 

​Baş məşqçi Qurban Qurbanov fevralın 16-da yerli vaxt ilə 18:40-da (Bakı vaxtı ilə 21:40) mətbuat konfransında iştirak edəcək. Media nümayəndələrinə açıq məşq isə yerli vaxt ilə 19:00-da (Bakı vaxtı ilə 22:00) matçın oynanılacağı “Velodrom” stadionunda olacaq.

Qeyd edək ki, fevralın 17-də keçiriləcək oyun yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 00:00) başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right