"Marsel" - "Qarabağ" oyunu üçün ciddi tədbirlər

UEFA Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək "Marsel" - "Qarabağ" matçı öncəsi təhlükəsizlik tədbirləri gücləndiriləcək.

 

Newsport.az Fransa mətbuatına istinadla xəbər verir ki, insidentlərin qarşısını almaq üçün Ağdam klubunun azarkeşləri üçün fəaliyyət göstərəcək xüsusi bilet satışı məntəqəsi ciddi mühafizə olunacaq. Görüşün oynanılacağı "Velodrom" stadionunda yerli və qonaq komandanın fanatları arasında boş tribunalar saxlanılacaq ki, bu da "bufer zona" yaratmaq məqsədi daşıyır.

 

Stadionunun üzərində dron uçuşuna və fanatların priotexniki vasitələrdən istifadəsinə icazə verilməyəcək.

 

Təhlükəsizlik idarəsinin və bir neçə polis bölməsinin əməkdaşları stadionun ətrafında, içərisində və ictimai nəqliyyatda və şəhərin mərkəzində yerləşdiriləcək. Bu addım hər hansı qanunsuz kütləvi toplaşmaların qarşısı almaq və problem yaranarsa, dərhal müdaxilə etmək məqsədi ilə atılıb. Pilotsuz uçuş aparatları ilə ümumi vəziyyətə nəzarət olunacaq.

 

Fevralın 17-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right