“Qarabağ”la oyun ərəfəsində "Marsel"də gərginlik

Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq “Marsel”in düşərgəsində ab-hava yaxşı deyil.

Newsport.az Fransa mətbuatına istinadən xəbər verir ki, komandanın baş məşqçi Xorxe Sampaoli ilə hücumçu Arkadiuş Milik arasında gərginlik yaşanır.

Fransa çempionatının 24-cü turunda “Mets”lə oyunun 76-cı dəqiqəsində meydana daxil olan və 82-ci dəqiqədə qələbə qolunu vuran Milik bundan əvvəlki turda "Angers"lə matçda het-trik edib. Polşalı forvard bu performansından sonra yenə start heyətdə yer almamsından narazıdır. O, görüşdən sonra verdiyi açıqlamasında  "Anlamadığım şeylər var, amma mən işimi görürəm" - deyərək baş məşqçisinin qərarına etiraz edib.

Sampaoli isə Miliklə bağlı fikirlərini belə izah edib: “Oyunda əsas planımız cinah keçidlərinə üstünlük vermək idi. Çünki rəqibin düzülüşü, oyun üslubu bunu tələb edirdi. Milikin başa düşmədiyi şeyi izah etmək onun səlahiyyətindədir. Başqalarının başa düşmədiyini izah edə bilmərəm”.

Xatırladaq ki, bir neçə gün əvvəl “L’Epuipe” nəşri də Sampaoli ilə futbolçular arasında problem yaşandığını, oyunçuların argentinalı mütəxəssisi ciddiyə almadıqlarını yazmışdı.

Qeyd edək ki, fevralın 17-də “Velodrom” stadionunda keçiriləcək “Marsel” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasında cavab matçı fevralın 24-də Bakıda olacaq.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right