"Marsel"in futbolçusu: "Qarabağ"la oyunda da xarakter göstərəcəyik"

"Bu matçda xarakter göstərdik, ümid edirəm ki, növbəti matçlarda da davamı gələcək".

Newsport.az-ın məlumatına görə, bunu Franssanın "Marsel" klubunun futbolçusu Sedrik Bakambu "Mets"i səfərdə 2:1 hesabı ilə məğlub etdikləri Liqa 1-in XXIV tur qarşılaşmasından sonra deyib.

31 yaşlı hücumçu görüşün çətin keçdiyini söyləyib: "Vacib olan 3 xalı qazandıq. Komandanın reaksiyasından məmnunam".

Matçda "Marsel"in ilk qolunu 26-cı dəqiqədə Sedrik Bakambu vurub.

Qeyd edək ki, "Marsel" növbəti oyununu fevralın 17-də öz meydanında "Qarabağ"a qarşı keçirəcək. UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk görüşü Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. Cavab matçı isə fevralın 24-də Bakıda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right