“Qarabağ”ın oyununun vaxtı dəyişdirildi

Ölkəmizi UEFA Konfrans Liqasında təmsil edən “Qarabağ” yarışın play-off mərhələsində Fransanın “Marsel” klubu ilə qarşılaşacaq.

Newsport.az-ın məlumatına görə, 17 fevral tarixdə Fransada, 24 fevral tarixdə Azərbaycanda meydana çıxacaq “Qarabağ” vacib qarşılaşmalara daha yaxşı hazırlaşmaq məqsədi ilə Peşəkar Futbol Liqasına rəsmi müraciət edərək, Azərbaycan Premyer Liqasının 16-cı turunda, 20 fevral tarixində “Sumqayıt”a qarşı keçirilməli olan görüşün təxirə salınmasını xahiş edib.

Peşəkar Futbol Liqası “Qarabağ”ın ölkə idmanı üçün vacib olan oyunlara daha yaxşı hazırlaşmasını nəzərə alaraq və “Sumqayıt” klubunun razılığını rəhbər tutaraq aşağıdakı qərarı qəbul edib:

Azərbaycan Premyer Liqasının 16-cı turunun “Qarabağ” – “Sumqayıt” oyunu 20 fevral tarixindən 12 may tarixinə təxirə salınsın. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right