"Qarabağ" - "Marsel" oyununun biletləri satışa çıxarılır

UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Marsel” (Fransa) oyununun biletləri fevralın 13-ü saat 11:00-dan satışa çıxarılacaq.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 15, 40, 75 və 100 manat təşkil edir.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

 Satış məntəqələri:

 Tofiq Bəhramov adına Respublika stadionun kassalarında 11:00-dan 21:00-dək bütün biletlər satılır;

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılacaq (10:00-22:00).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right