"Qarabağ"ın rəqibi çilili futbolçunu transfer edə bilmədi

Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Marsel” oyunqabağı heyətini gücləndirmək istəyib.

Newsport.az xəbər verir ki, Fransa klubu “İnter”də çıxış edən Arturo Vidalı transfer etmək niyyətində olub.

Klubun prezidenti Pablo Lonqoriya və baş məşqçi Xorxe Sampaoli 34 yaşlı futbolçunu ilin əvvəlində komandaya gətirmək istəyib.

Amma Vidal qışda “İnter”i tərk etmək istəməyib. Yayda isə o, “Marsel”ə azad agent kimi keçəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right