“Monako” “Lion”u məğlub yola saldı

Futbol üzrə Fransa çempionatında 23-cü tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Qarabağ”ın Konfrans Liqasındakı rəqibi “Marsel” bu turda “Anje”nin müqavimətini qırmağa çalışıb. Yeddi qolun qeydə alındığı oyunda meydan sahibləri darmadağına seviniblər.

Şənbə günü “Sent-Etyen” “Monpelye”ni qəbul edib və inamlı qələbəyə sevinib. “Lion” isə çətin “Monako” səfərindən xalsız dönüb.

Turun mərkəzi görüşündə “Lill” doğma meydanda PSJ ilə üz-üzə gələcək.

Fransa Liqa 1, 23-cü tur

4 fevral

Marsel – Anje 5:2
Qol: Milik, 18; 70; 78. Jerson, 21. C.Ündər, 85 – Fulgini, 8. Bentaleb, 11.

5 fevral

Sent-Etyen – Monpelye 3:1
Qol: Hamuma, 82. Nordin, 90. Xazri, 90+2 – Vahi, 11.

Monako – Lion 2:0
Qol: Lukas, 2. Ben Yedder, 27.

6 fevral

16:00 Loryan – Lans
18:00 Nitsa – Klermon
18:00 Reyms – Bordo
18:00 Strasburq – Nant
18:00 Trua – Mets
20:00 Renn – Brest
23:45 Lill – PSJ

Bombardir: Vissam Ben Yedder (“Monako”) – 13 qol.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right