"VAR olsaydı, "Qarabağ" 1/8 finala vəsiqə qazanacaqdı" - Elxan Məmmədov

“Ötən il İcraiyyə Komitəsinin VAR sistemi ilə bağlı qərarı var idi. Bununla bağlı FIFA ilə danışıqlara başladıq”.

Newsport.az-ın məlumatına görə, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov qurumun bugünkü Hesabat Konfransında deyib.

VAR sisteminin tətbiqinin vacibliyini vurğulayan Məmmədov "Qarabağ"a qarşı Konfrans Liqasında haqsızlığı xatırladıb: "Qarabağ"ın Konfrans Liqasının son oyununda VAR sistemi olsaydı, yəqin ki, Azərbaycan klubu qrup lideri kimi 1/8 finala adlayacaqdı".

O, VAR sisteminin martın əvvəlinə qədər çatdırmağa çalışsalar da, bunun uzun proses olduğunu söyləyib: “Hər şey qaydasında gedirdi. Təəssüf ki, xüsusi çip avadanlığının təmini ilə bağlı problem yarandı. Yenə də çalışırıq ki, VAR sistemi bu mövsüm Premyer Liqada tətbiq olunsun. Hər oyunda VAR sistemi olmalıydı”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right