“Fransaya getmək üçün hazırlaşırıq” “Qarabağ” rəsmisi

“Qarabağ” Konfrans Liqasının pey-off mərhələsində “Marsel”lə ilk görüş üçün Fransaya səfər hazırlıqlarını davam etdirir. 

Newsport.az xəbər verir ki, bu barədə Qol.az saytına açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib. O, “Qarabağ”a oyunun yerinin dəyişdirilməsi ehtimalı ilə bağlı heç bir məlumat daxil olmadığını və təmsilçimizin Fransaya getmək üçün hazırlaşdığını deyib: 

“Daha əvvəl oyunun yerinin dəyişməsi ehtimalı ilə bağlı bizə heç bir məlumat verilməmişdi. Ona görə də görüşün Marseldə təşkil ediləcəyi ilə bağlı təsdiq məlumatı da almamışıq. İlk gündən qarşılaşmanın Marseldə, “Velodrom”da keçiriləcəyi bildirilmişdi. Bu da qüvvəsində qalır. Hər hansı bir dəyişiklik olsaydı, “Qarabağ”a bu barədə rəsmi məlumat gələrdi. Biz də belə xəbərləri mediada oxumuşuq. Biz bütün hazırlıqlarımızı, təşkilati baxımdan işlərimizi Fransaya səfər istiqamətində edirik. Bəzi futbolçularımız və nümayəndə heyətindəki üzvlər istisna hal kimi Fransaya gedəcək. İstisna hallarda hansı şərtlərə əməl olunmalıdırsa, onları öyrənəcəyik və yoluna qoyacağıq”. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right