"Qarabağ"a qol vuran hücumçu "Fiorentina"da

İtaliyanın "Fiorentina" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Florensiya təmsilçisi "Bazel"in hücumçusu Artur Kabralı rənglərinə bağlayıb. Bu barədə A Seriyası klubunun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı forvardla müqavilənin detalları açıqlanmayıb. 24 yaşlı futbolçu "Fiorentina"da 9 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Artur Kabral Avropa Konfrans Liqasının qrup mərhələsinin son turunun "Bazel" - "Qarabağ" matçında 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right