"Marsel" 2-ci pilləyə yüksəldi

Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Marsel" Fransa Liqa 1-də növbəti oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, komanda 22-ci turda "Lans"ın qonağı olub.

Qarşılaşma "Marsel"in qələbəsi ilə başa çatıb - 2:0.

"Lans" - "Marsel" - 0:2

Qollar: Payet, 34-pen. Bakambu, 77

Bununla da xalını 40-a çatdıran "Marsel" ikinci pilləyə yüksəlib. Komandanın ehtiyatda bir oyunu var. "Lans" isə 22 oyundan 33 xalla 7-cidir. Turnir cədvəlinə 50 xalla PSJ başçılıq edir.

Qeyd edək ki, "Qarabağ" "Marsel"lə ilk matçını fevralın 17-də səfərdə, cavab görüşünü fevralın 24-də evdə keçirəcək.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right