"Qarabağ"ın rəqibi hücumçu transfer etdi

Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Marsel" heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Fransa klubu azad agent statusunda olan Sedrik Bakambunu rənglərinə bağlayıb. Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. 30 yaşlı hücumçu ilə 2024-cü ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.

Sedrik Bakambu son olaraq "Beytszin Qoan" klubunda çıxış edib. Təcrübəli forvard Çin təmsilçisinin heyətində meydana çıxdığı 87 oyunda 58 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right