“Qarabağ”ın rəqibi “Arsenal”ın futbolçusu ilə güclənir

İngiltərənin “Arsenal” klubunun futbolçusu Sead Kolaşinaç karyerasını Fransada davam etdirə bilər.

Newsport.az xəbər verir ki, 28 yaşlı müdafiəçi ilə Marsel “Olimpik”i yaxından maraqlanır. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

Liqa təmsilçisi Kolaşinaçın keçidini bu ay ərzində həll etmək istəyir. “Arsenal” bosniyalı müdafiəçini satmağa razıdır.

Marsel “Olimpik”i Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right