“Qarabağ”ın rəqibi müdafiəçisini icarəyə verdi

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan Marsel “Olimpik”i futbolçusu Cordan Amavini icarəyə verib. Newsport.az xəbər verir ki, Fransa klubu müdafiəçisini Liqa 1-in digər təmsilçisi “Nitsa”ya icarəyə verib.
 
Bu barədə Marsel təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 27 yaşlı futbolçu mövsümün sonuna qədər “Nitsa”da çıxış edəcək. 
 
Amavi 2018-ci ilin yayından “Olimpik”də çıxış edirdi. O, bu mövsüm sözügedən komandada cəmi 4 oyuna çıxıb.
 
“Qarabağ”ın Marsel “Olimpik”i ilə ilk oyunu fevralın 17-də Fransada keçiriləcək. Komandalar arasındakı cavab oyunu isə bir həftə sonra Bakıda baş tutacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right