"Qarabağ"la matçda ayağı sınan futbolçu: "Bakı hava limanında ayağımdakı sarğıda nəsə gizlətdiyimi düşünürdülər"

Şotlandiyanın “Aberdin” klubunun müdafiəçisi Endi Konsidayn Konfrans Liqasının pley-off mərhələsinin Bakıda “Qarabağ”a qarşı keçirilən matçda aldığı ağır zədədən və Bakıdadakı hava limanında qarşılaşdığı hadisədən danışıb.

Newsport.az-ın məlumatına görə, futbolçu ağır zədələnməsini Tofiq Bəhramov stadionunun ot örtüyünün bərbad olması ilə də bağlayıb:

"8-9 il əvvəl ayağımı sındırdığım zaman, həmin vaxtı hiss etdiyim ağrıları həmişə xatırlayıram. Tez-tez zədə almadığıma görə xoşbəxt idim. Amma Bakıdakı matçda sol ayağımı qazona qoyanda və rəqib oyunçu sol çiynimin üstünə çıxanda dizimdə xırıltı eşitdim, ağrı dözülməz oldu. Bunun ciddi zədə olduğunu dərhal anladım. Üstəlik, meydança bərbad vəziyyət idi. Zədəni də elə bununla əlaqələndirirəm”.

Bu mövsüm meydana çıxmayacağı dəqiqləşən futbolçu Şotlandiyaya qayıtmamışdan əvvəl Bakıdakı hava limanının əməkdaşına zədəsinin ciddi olmasını izah etdiyi anı da xatırlayıb: "Oyun başa çatdıqdan sonra hava limanına çatdıq. Mənim üçün heç də asan olmadı. Dizimdə sarğı var idi və hava limanı əməkdaşları orada nəsə gizlətdiyimi düşünürdülər. Buna görə də məndən həmin breketi çıxarmağımı istədilər. Onlara dedim ki, dizim sınıb və onu çıxara bilmərəm”.

(Football Scotland)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right