"Qarabağ"ın rəqibi "Arsenal"ın futbolçusu ilə danışıq aparır

"Arsenal"ın müdafiəçisi Sead Kolaşinaç Londonu tərk etməyə hazırlaşır.

Newsport.az-ın məlumatına görə, bosniyalı futbolçu "Marsel"in maraq dairəsindədi.

Mövsüm sonunda London klubu ilə müqaviləsi başa çatacaq müdafiəçi qışda Fransaya yollanmaq istəyir. 

Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan klub Kolaşinaç üçün transfer məbləği ödəmək niyyətində deyil. Klub futbolçunun azad agent statusuna yiyələnəcəyi təqdirdə onunla 2 illik müqavilə imzalaya biləcəyini özünə bildirib.

28 yaşlı futbolçu 2017-ci ildə “Şalke”dən “Arsenal”a keçmişdi. O, bu mövsümü icarə əsasında Helzenkirhen klubunda keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right