"Qarabağ"ın rəqibi futbolçusunu "Yuventus"a sata bilər

Konfrans Liqasının 1/16 final mərhələsində "Qarabağ"ın rəqibi  olan "Marsel" əsas oyunçularından olan Arkadiuş Miliklə yolları ayıra bilər.

Newsport.az İtaliyanın "Tuttospor" nəşrinə istinadən xəbər verir ki, Fransa təmsilçisi 27 yaşlı polşalı yarımmüdafiəçini "Yuventus"a satmaq barədə düşünür. "Marsel" artıq bu qış fasiləsində Miliki 15 milyon avroya sata bilər.

Qeyd edək ki, Milik bu mövsüm "Marsel"in heyətində bütün turnirlərdə 16 oyun keçirib və 8 qol vurub. Fransa klubu onu birdəfəlik almaq şərti ilə "Napoli"dən icarəyə götürüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right