"Qarabağ" azarkeşlərindən UEFA-ya etiraz FOTO

"Qarabağ" Azərbaycan Premyer Liqasının XIV turunda "Zirə"ni qəbul edir.

Newsport.az-ın məlumatına görə, "Azersun Arena"da keçirilən matçda ev sahibi komandanın azarkeşləri UEFA-ya etirazlarını nümayiş etdirib. Fanatlar üzərində "UEFA Mafia" yazılmış, "VAR, Qol-Layn, Şərəf" və bunların olmadığını ifadə edən xüsusi işarələr əks olunmuş pankartlar göstərib. Onlar həmçinin "UEFA Mafia" şüarları səsləndirib. Polis müdaxiləsindən sonra plakatlar yığışdırılıb.

Konfrans Liqasında "Bazel"lə səfər matçında Abdullah Zubirin vurduğu təmiz qol qeydə alınmayıb. Azarkeşlərin etirazı da buna ünvanlanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right