“Qarabağ”ın rəqibinin futbolçusu İngiltərə yolunda

Fransanın “Olimpik” (Marsel) klubunun futbolçusu Bubakar Kamara karyerasını İngiltərədə davam etdirə bilər.

Newsport.az xəbər verir ki, 22 yaşlı müdafiəçi ilə “Mançester Yunayted” və “Nyukasl” yaxından maraqlanır. Bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Kamaranın Marsel klubu ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir. Fransalı müdafiəçi klubla sözləşməsini yeniləmək istəmir.

Marsel “Olimpik”i Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right