Medina Konfrans Liqasının ilk 5-liyində

UEFA Konfrans Liqasının qrup mərhələsindən sonra növbəti dəfə futbolçuların statistik göstəriciləri açıqlanıb. 

Newsport.az xəbər verir ki, ən yaxşılar arasında "Qarabağ"ın futbolçusu Kevin Medina da var.

O, dəqiq ötürmə sayında ilk 5-liyə düşüb. 28 yaşlı oyunçunun qrup mərhələsindəki dəqiq ötürmələrinin sayı 369-dur ki, bununla o, ən yaxşı 5-ci göstəriciyə malikdir. Bu baxımdan ilk iki yerdə “Alkmaar”ın (Niderland) oyunçuları Bruno Martins İndi və Xordi Klasye qərarlaşıb. Martinsin 527 ötürməsindən 494-ü ünvana çatıb. Bu isə 94 faizlik dəqiqlik deməkdir.

Qeyd edək ki, H qrupunda 11 xalla ikinci yeri tutan “Qarabağ” pley-off mərhələsində Fransa klubu “Marsel”lə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right