“Qarabağ” “Başakşəhər” və “Monako” ilə bir sırada

Avrokubokların qrup mərhələsinin 6-cı turundan sonra klubların UEFA reytinqi açıqlanıb. Newsport.az xəbər verir ki, Azərbaycanın yalnız bir klubu ən yaxşı 100 komanda sırasında yer alıb.
 
Konfrans Liqasında mübarizəni davam etdirən “Qarabağ” qitədə 62-ci yerə şərikdir. 25.000 xala malik təmsilçimiz 2 pillə geriləyib.
 
Qurban Qurbanovun yetirmələrinin şəriklərinin sayı da artıb. Əvvəl yalnız “Başakşəhər” eyni göstəriciyə malik idisə, “Monako” da onlara çatıb.
 
Azərbaycanın digər təmsilçilərindən “Neftçi” 7.000 xalla 163-cü pilləyə şərikdir. “Keşlə” 4.000 xalla 285-ci pilləni bölüşür. “Qəbələ” 3.500 xalla 301-ci pilləyə şərikdir. 3.400 xalı olan “Sumqayıt”, “Səbail” və “Zirə” isə 311-cidir. 
 
Cədvələ 133.000 xala malik “Bayern” (Almaniya) başçılıq edir. 124.000 xalı olan “Mançester Siti” (İngiltərə) ikinci, 122.000 xalı olan “Liverpul” isə üçüncüdür.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right