Konfrans Liqası: "Qarabağ"ın futbolçuları ilk "5-liy"ə düşüb

UEFA Konfrans Liqasında qrup mərhələsinin VI tur oyunlarından sonra statistik göstəricilər açıqlanıb.

Newsport.az-ın məlumatına görə, "Qarabağ"ın futbolçuları Maksim Medvedev və Kevin Medina ən çox top qazananların siyahısında yer alıb.

Kapitan Medvedev 51 dəfə top almağa müvəffəq olub və bu göstəricidə ikinci pillədə qərarlaşıb. Rəqiblərindən 44 dəfə top "oğurlayan" Medina isə Qazaxıstan "Kayrat"ındakı Frank Banyakla birgə 5-6-cı yerləri bölüşdürür.

Çexiya "Yablonets"indən Yaroslav Zeleni (61) bu nominasiyada ilk sıradadır.

Qeyd edək ki, "Qarabağ" son turda İsveçrədə "Bazel"ə 0:3 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right