"Bazel"in baş məşqçisi "Qarabağ" haqda nə dedi?

"Qələbəyə görə şadam. Çünki yaxşı komanda ilə oyunda 3 cavabsız qol vurduq".

Newsport.az xəbər verir ki, bu sözləri "Bazel"in baş məşqçisi Patrik Rahmen  Konfrans Liqasının qrup mərhələsinin 6-cı turunda  "Qarabağ"a qalib gəldikləri oyundan (3:0) sonra mətbuat konfransında deyib.

​O, matçı belə şərh edib: "Qarabağ" keyfiyyətli komandadır. Bunu ilk dəqiqələrdən göstərdilər. Görüşün əvvəli bizim üçün yaxşı alınmadı. Amma tədricən üstünlüyü ələ keçirdik və oyunun böyük hissəsində inamlı təsir bağışladıq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right