"Qarabağ"a 2 qol vuran futbolçu həftənin ən yaxşısı adına namizəd oldu

Konfrans Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib.

Newsport.az xəbər verir ki, "Qarabağ"la görüşdə (3:0) dubl edən İsveçrə "Bazel"inin hücumçusu Artur Kabral da 4 iddiaçıdan biridir. 

Onunla yanaşı, Yunanıstan PAOK-undan Andriya Jivkoviç, İtaliya "Roma"sından Temmi Abraham və Rumıniya ÇFR-indən Qabriel Debelyux da ən yaxşı adına namizəddir.

Qalib futbolçu UEFA-nın rəsmi saytında səsvermə nəticəsində müəyyənləşəcək.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right