"Qarabağ" Konfrans Liqasında ən yaxşı "10-luq"da

Konfrans Liqasının qrup mərhələsinin 5 matçında və yerli çempionatlarda ən yaxşı nəticə göstərən komandaların siyahısı açıqlanıb.

Newsport.az xəbər verir ki, bu barədə yarışın rəsmi tviter hesabı məlumat yayıb. Siyahı klubların yerli çempionatdakı və Konfrans Liqasındakı nəticələrinə əsasən tərtib olunub.

İlk "10-luq"da "Qarabağ" da yer alıb. Azərbaycan təmsilçisi 3 qələbə 2 heç-heçə ilə 7-ci sıradadır.

Qeyd edək ki, "köhlən atlar" dekabrın 9-da UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunda İsveçrədə "Bazel"in qonağı olacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Ağdam təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right