“Qarabağ” ciddi itki ilə üzləşib.
Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medina zədələnib.
Kolumbiyalı müdafiəçi ötən gün məşq zamanı ayaq əzələsini dartıb. Bu səbəbdən Medina Premyer Liqanın 13-cü turu çərçivəsində baş tutan “Keşlə” ilə matçı buraxmaq məcburiyyətində qalıb.
Medinanın dekabrın 9-da Konfrans Liqasının qrup mərhələsi çərçivəsində İsveçrədə baş tutacaq “Bazel”lə oyunda iştirakı sual altındadır. Buna təkrar müayinələrdən sonra aydınlıq gələcək.