"Omoniya"nın futbolçusu: "2 qol şansından istifadə etsəydik, Kiprə 3 xalla qayıda bilərik"

“Omoniya”nın yarımmüdafiəçisi Andreas Asimenos Konfrans Liqasının 5-ci turunun “Qarabağ”la oyununu dəyərləndirib.

Newsport.az xəbər verir ki, kiprli futbolçu Bakıda komandasının 2:2 hesablı nəticəsi barədə bunları deyib:

“Dünənki oyunda iştirak etdiyimə görə şadam. Məncə, özümü pis tərəfdən göstərmədim. Güclü komandaya qarşı asan olmayacağını bilirdik. 

Gənc olsam da, oyuna hazır idim. Bu nəticə bizim üçün yaxşı idi. Amma qələbə hesabını qoruyub-saxlaya da bilərdik. İki real qol şansımızdan istifadə etsəydik, Kiprə 3 xalla qayıda bilərdik”. (24 sports)

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right