"APOEL haqda düşünmürük, çünki qarşıda "Qarabağ"la oyunumuz var"

“Omoniya”nın müdafiəçisi Adam Lanq Kipr Superliqasında APOEL-ə qarşı oynayacaqları derbidən danışarkən, komandasının Konfrans Liqasının 5-ci turunun “Qarabağ”la Bakıda keçiriləcəyi oyuna daha çox konsentrasiya olduqlarını bildirib.

Newsport.az xəbər verir ki, macarıstanlı futbolçu Bakıda keçiriləcək oyun haqda bu cür danışıb: “APOEL haqda hələ ki, düşünmürük. Çünki qarşdıa bizim “Qarabağ”la oyunumuz var. Yaxşı futbol oynamağa çalışacağıq. “Qarabağ”la oyundan sonra isə APOEL oyunu barədə düşünməyə başlayacağıq. Onsuzda hamı derbinin nə dərəcədə önəmli olduğunu bilir. 

”Qarabağ” - “Omoniya” matçı noyabrın 25-də Tofiq Bəhramov stadionunda 21:45-də start götürəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right