"Omoniya" Bakıya itkilərlə gəlir

Kiprin "Omoniya" klubu Konfrans Liqasının V turunda "Qarabağ"la oyuna itkilərlə çıxa bilər.
 
Nikosiya klubunun iki futbolçusu Ektor Yuste Kipr çempionatının son turunun "Aris"lə görüşündə zədələnib. Onunla yanaşı Marko Şçepoviçin zədəsi də ciddidi. Serb forvardın da Bakıdakı görüşdə oynaması sual altındadı. Bundan əvvəl isə "Omoniya"nın qapıçısı Fabiano zədələnərək sıradan çıxmışdı.
 
"Qarabağ" - "Omoniya" görüşü noyabrın 25-də Tofiq Bəhramov stadionunda 21:45-də start götürəcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right