“Kayrat”ın baş məşqşisi Kurban Berdıyev “Qarabağ” haqda yeni müsbət fikirlər səsləndirib.
Newsport.az-ın məlumatına görə, Konfrans Liqasının 4-cü turunun dünən “Qarabağ”a qarşı keçirilən oyunundan (1:2) sonra K.Berdıyev əvvəlcə Azərbaycan xalqına təşəkkür edib. O, keçirdiyi mətbuat konfransında bildirib: “Azərbaycandan mənə çox yazıb maraqlanırlar. Mənə bu isti münasibətinə görə Azərbaycan xalqına təşəkkür edirəm. Komandalarına uğurlar arzulayıram”.
K.Berdıyev “Qarabağ”ı Konfrans Liqasının ən güclü komandalarından biri adlandırıb: “Biz bu turnirin ən güclü komandalarından birinə uduzmuşuq. Unutmayın ki, “Qarabağ” hazırkı “Şerif”dən daha güclü komandadır”.