Konfrans Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində "Qarabağ"ı qəbul edəcək "Kayrat" oyuna itkilərlə çıxacaq.
Newsport.az xəbər verir ki, Almatı təmsilçisinin müdafiəçisi Qafurjan Suyumbayev "Qarabağ"a qarşı oyunda meydana çıxmayacaq.
31 yaşlı futbolçu zədə səbəbindən bu oyunda iştirak edə bilməyəcək.
Noyabrın 4-də keçiriləcək "Kayrat" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.