Avropa Konfrans Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, Finlandiyanın HİK klubu öz meydanında Təl Əviv "Makkabi"sini qəbul edib. Qarşılaşma İsrail təmsilçisinin 5:0 hesablı qələbəsiylə başa çatıb.
Xatırladaq ki, HİK Avropa Liqası III təsnifat mərhələsində "Neftçi"ni mübarizədən kənarlaşdırmışdı.
HİK - "Makkabi" 0:5
Qollar: Qabi Kaniçovski, 28, 60, Stipe Perica, 49, Enrik Saborit, 87, Eden Şamir, 90+4