Ramilin qol vurmasına daha çox sevinirəm" - Qurban Qurbanov

Konfrans Liqasının qrup mərhələsinin III turunda keçirilən “Qarabağ” – “Kayrat” (2:1) matçından sonra təşkil edilən mətbuat konfransında Azərbaycan təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi...

- Futbolçularımı təbrik edirəm. Çox yaxşı komandaya qarşı oynayırdıq. Bizə həddən artıq çətinlik yaratdılar. İlk hissə çox ağır alındı. Fasilədən sonra tam əksi oldu. Qoldan sonra futbolçularımız ruhdan düşmədi. Şükürlər olsun, hır şey sonda bizim trəfimizdə oldu. Bu gün futbolçularda qələbə istəyini gördüm. Möhtəşəm azarkeşlərimizə təşəkkür edirəm. Onların yanımızda olması futbolçulara əlavə güc verdi. Son illərdə belə atmosfer olmamışdı.

- 3 oyun, 7 xal. Qurpdan çıxmaq baxımından işin neçə faizi görülüb?
- Qarşıdakı 3 oyunu düşünsək, 9 xaldı. İki səfər matçımız var. Bizim üçün heç də asan deyil. 7 xal toplamışıq, rəqiblər bizə həddən artıq ciddi yanaşacaqlar. İstəmirəm futbolçular belə fikirlərdə olsunlar. Arxayınlaşmaq olmaz. Son matçdakı 4:1 hesablı qələbədən sonra düşünmək olardı ki, rahat qələbə qazanacağıq. Ancaq bugünkü rəqib bütün komponentlərdə təhlükəli idi. Hər xal böyük üstünlükdü. Qarşıdakı 3 matçda daha ciddi yanaşmalıyıq. Oyunumuzu yaxşılaşdırmalı, inamımızı artırmalıyıq. Futbolçular daha da peşəkar olmalıdılar. Qalib gəlmişik deyə, məğlub olmaq limitimiz var düşüncəsi olmamalıdı.

- Rəqiblərin sizə qarşı əks-hücumda oynaması nə dərəcədə çətinlik yaradır?
- Bəli, çətinlik yaradır. Bu, məsuliyyətimizi daha da artırır. Hücum futbolu oynamaq istəyirik. Rəqibin buna nə qədər imkan verməsi də önəmlidi. Belə oyunlarda futbolçularımız daha çox böyüyürlər. Hücumda ola-ola müdafiəni düzgün qurmalıyıq. Geridə qalan futbolçularımızdan çox şey asılıdı. Hansısa oyunlarda səhvlər edirik, qol buraxırıq, amma bunlar komandanın böyüməsi üçün çox faydalıdı.

- “Qarabağ” 70-75 dəqiqə çətinlik çəkdi, ancaq sonlarda oyunu ələ aldız. Son dəqiqələrdəki oyunun “resept”ini deyə bilərsiz?
- Bəzi komandalar bu tip oyun üslubunu 90 dəqiqə davam etdirə bilmir. Buna görə səbrli olmaq lazımdı. İlk hissədə kənardan oyunçularımıza deyirdim ki, tələsməyin. Qalib gələn komanda adətən müdafiəyəmeyilli oynamağa başlayır. “Resept” odu ki, sona kimi mübarizə aparmalıyıq. Hesaba baxmadan eyni tempi qorumaq istəyirik. Sonradan meydana çıxan futbolçular da özlərini yaxşı tərəfdən göstərdi. Futbolçular özlərinə güvənib, sona kimi hücum etməkdən çəkinmədilər. Əzmkarlıq nəticəsinqə qələbə bizim oldu.

- Qolları daha çox tənqid olun futbolçuların vurması sizin üçün xüsusi əhəmiyyəti varmı?
- Hər bir futbolçunun qoluna sevinirəm. Ancaq gizlətməyəcəm, Ramilin qol vurmasına daha çox sevinirəm. Bir insan əziyyət çəkməyi bacarırsa, ona inamım çoxalır. Abbas hücumda daha aktiv ola bilər. Bəzən belə qollar oyunçuya əlavə inam verir. Hər ikisinə sevinirəm, Ramilin qol vurmasına daha çox.

- “Qarabağ” Konfrans Liqasında hansı nəticəni göstərsə, futbolçulardan tam razı qalarsız?
- Son vaxtlar futbolçulardan daha çox əzmkarlıq tələb edirəm. Hu olan yerdə nəticə də olacaq. Məğlub olduğumuz matçlarda da özümüzü məğlub kimi göstərməməliyik. Əziyyət çəkirlərsə, onlara inanıramsa, nəticə də tələb edirəm. Hər oyun qalib gəlsələr, hər birindən razı qalacam.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right