"Qarabağ" Kiprə 23 futbolçu ilə gedir

Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda "Omoniya"nın qonağı olacaq "Qarabağ" bu gün Kiprə yola düşəcək.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, komanda çarter reysi ilə bu gün saat 18:00-da Bakıdan Larnaka, oradan isə avtobusla  Nikosiya şəhərinə yola düşəcək.

"Qarabağ" Kiprə adı UEFA-nın sifariş ərizəsində olan 28 futbolçudan 5-ni aparmayacaq. Bunlar zədəlilər Xayme Romero, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Zamiq Əliyev və Amin Ramazanovdur.

Qeyd edək ki, sentyabrın 30-u keçiriləcək "Omoniya" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right