"Bazel" "Qarabağ"la oyun öncəsi azarkeşlərə müraciət etdi

"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi "Bazel" (İsveçrə) Ağdam təmsilçisi ilə Bakıda keçirəcəkləri matç öncəsi azarkeşlərinə müraciət edib.

Newsport.az-ın məlumatına görə, İsveçrə təmsilçisi azarkeşlərini stadionda komandaya dəstək olmağa səsləyib. Bakı Olimpiya Stadionunda 308-ci sektor qonaq komandanın azarkeşləri üçün ayrılıb.

Sentyabrın 16-da keçiriləcək "Qarabağ" - "Bazel" oyunu saat 20:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right