"Bura məğlub olmağa gəlməmişik" - Harramiz

Konfrans Liqasının pley-off mərhələsinin “Makkabi” (Hayfa) – “Neftçi” cavab oyunu öncəsi mətbuat konfransında Azərbaycan təmsilçisinin futbolçusu Harramiz Soareş jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirdi...

- İki həftə öncə olduğu kimi çox çətin matç olacaq. Baş məşqçimizin dediyi kimi Bakıda 3 qol vura bildiksə, burda da bacararıq. Bura məğlub olmağa gəlməmişik. Çalışacağıq ki, baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirib Bakıya qələbə ilə qayıdaq.

- Hər dəfə müxtəlif mövqelərdə çıxış edirsiz. Sizin üçün harda oynamaq daha rahatdı?
- Bundan öncə daha çox 4-2-3-1 və 4-3-3 sistemlərində hücumun cinahlarında çıxış etmişəm. “Neftçi”də fərqli sistemdə oynayırıq. Məşqçi məni harda oynatsa, özümü rahat hiss etməyə və komandaya fayda verməyə çalışacam.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right