Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Aberdin" futbolçusunu icarəyə verib.
Newsport.az-ın məlumatına görə, Şotlandiya təmsilçisi Lyuk Terneri Şimali İrlandiyanın "Kliftonvill" klubuna göndərib. 19 yaşlı müdafiəçi mövsümün sonuna kimi icarə əsasında bu klubda çıxış edəcək.
Qeyd edək ki, Terner Bakıda keçirilən oyunda (1:0) meydana çıxmamışdı.
Xatırladaq ki, "Aberdin"- "Qarabağ" qarşılaşması sabah Bakı vaxtı ilə saat 22:45-də baş tutacaq.