"Neftçi"nin 3 futbolçusu "Makkabi" ilə oyunu buraxacaq

"Neftçi" Konfrans Liqasının pley-offunun "Makkabi" (Hayfa) ilə cavab oyununa ciddi itkilərlə çıxacaq.

Newsport.az-ın məlumatına görə, 3 futbolçu İsraildə keçiriləcək matçı buraxmalı olacaq. Bunlar dünənki oyunda (3:3) dubl edən Yusuf Laval, eləcə də Mamadu Mboc və İsmayıl Zülfüqarlıdı. Onlar cəzalı olduqları üçün meydana çıxa bilməyəcək.

Laval və Mboc Hayfa avrokuboklarda üçüncü sarı vərəqəni alıb, Zülfüqarlı isə dünənki görüşdə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Qeyd edək ki,  "Makkabi" (Hayfa) - "Neftçi" qarşılaşma avqustun 26-da gerçəkləşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right