"Qrup mərhələsinə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik" "Neftçi"nin kapitanı

“Neftçi”nin kapitanı Emin Mahmudov klubun rəsmi saytının suallarını cavablandırıb.

Newsport.az həmin müsahibəni təqdim edir:

– Bu mövsüm komandanın avrokuboklardakı çıxışını necə dəyərləndirirsiz?

– Daha yaxşı oynaya bilərdik. Finlandiyanın HİK klubunu keçmək olardı, amma çox təəssüf ki, buna nail olmadıq və azarkeşlərimizi sevindirə bilmədik.

– Uğurlu mübarizə aparmaq üçün nə çatmır?

– Çatışmazlıqlar çoxdur. Əvvəla, daha yaxşı mübarizə aparmalıydıq. Bundan əlavə, təbii ki, heyətimiz geniş olsaydı, bizim üçün daha asan olardı.

– Necə düşünürsüz, “Makkabi” səddini keçib, Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazana biləcəksizmi?

– “Makkabi” çox güclü komandadır. Hayfa klubu xüsusilə, evdə yaxşı oynayır. Buna baxmayaraq, qrup mərhələsinə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çünki artıq başqa yolumuz yoxdur.

– 2019/2020 mövsümündə İsrailin başqa bir klubu – “Bney Yehuda”nın qapısına yol tapmışdız. Eyni aqibəti “Makkabi”yə yaşada biləcəksiz?

– Çox heyf ki, həmin qol bizə kömək etmədi. Son dəqiqələrdə penalti ilə hesab arasındakı fərqi azaltsam da, bərabərlik qolunu vurmağımıza vaxt qalmadı. Əlbəttə, “Makkabi”yə də qol vurmağa çalışacağam.

– Ümumilikdə 15 oyundan 7 qolla avrokuboklarda klubun bombardirisiz. 2019/2020 mövsümündə 6 oyunda 3 qol vurmusuz. Bu mövsümdə də artıq eyni göstəricini təkrarlamısız. Qarşıda azı iki oyun keçirəcəyinizi nəzərə alsaq, rekordunuzu yeniləyə bilərsiz?

– Çox sevindirici haldır ki, avrokuboklarda komandamızın bombardiriyəm. Hər yeni mövsümdə daha yaxşı çıxış etməyə çalışıram. Amma əsas olan mənim qol vurmağım deyil, komandamızın uğur qazanmasıdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right