Samir Abasov: "Əvvəlki rəqiblərimizə nisbətən "Makkabi" daha çətin komandadı"

"Neftçi"nin baş məşqçisi Samir Abasov Konfrans Liqasının pley-off mərhələsinin "Makkabi"(Hayfa) ilə Bakıdakı qarşılaşmadan öncə təşkil edilən mətbuat konfransında çıxış edib. 

Newsport.az-ın məlumatına görə, Abasov sabahkı matçla və rəqiblə bağlı bunları deyib: "Sabahkı oyunun çətinliyindən və gərginliyindən danışmaq artıqdı. Avrokuboklarda yolumuza davam etmək üçün bu, axırıncı şansdı. Əlimizdən gələn hər şeydən istifadə edib, bacarığımızı meydanda qoymaq istəyirik".

"Ağ-qaralar"ın çalışdırıcısı İsrail klubunun çətin rəqib olmasından da söz açıb: "Əvvəlki rəqiblərimizə nisbətən "Makkabi" daha çətindi. Heyətdə təhlükəli oyunçular çoxdu. Biz bunu hazırıq. İnanıram ki, sabah əlimizdən gələni edəcəyik".


Samir Abasov onları narahat edən məqamların olduğunu da gizlətməyib: "Bəzi oyunçuların səhhətində problem var. Bu səbəbdən proqramdan kənara çıxdıq. Məşq etməli olan futbolçulara istirahət verdik. Sabahkı oyuna nə qədər hazır olacaqlar bilmirəm. Sabir Buqrin və Meza Kolli sabah meydanda olacaq. Hər şeyi meydanda görəcəyik. Huqa Basto koronavirusdan yeni sağalıb, məşqlərə qoşulub, tam hazır deyil. Sabah bəlkə ehtiyat oyunçular skamyasında ola bilər. Çox güman ki, oynamayacaq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right