"Makkabi"nin baş məşqçisi: "Bizi çətin oyun gözləyir"

Konfrans Liqasının pley-off mərhələsində mübarizə aparacaq "Neftçi"nin rəqibi "Makkabi"(Hayfa) olacaq.

Newsport.az-ın məlumatına görə, İsrail klubunun baş məşqçisi Barak Baxar matçdan öncə keçirilən mətbuat konfransında çıxış edib.

42 yaşlı mütəxəssis sabah "Neftçi"yə qarşı keçiriləcək oyunla bağlı bunu deyib: "Fikrimcə, bizi çox çətin oyun gözləyir. Bu, pley-off mərhələsidir. Burada adi oyun olmur. Evdə çox yaxşı mübarizə aparan komandaya qarşı oynayacağıq. Ona görə də işimiz asan olmayacaq.

"Neftçi" "Dinamo" ilə matçın favoriti idi. Buna görə də mərhələni keçdi Nəticə bizim üçün sürpriz olmadı. Nəzərə alsaq ki, həmin görüşlər "Neftçi" üçün ilk matçlar idi. Bu gün komanda daha yaxşı vəziyyətdədir".

"Makkabi"nin çalışdırıcısı "Neftçi"ni tərk edən Namik Ələskərov barədə də fikirlərini bildirib: "Deməzdim ki, bu amil bizim işimizi asanlaşdıracaq. "Neftçi" özü güclü kollektivdir. Biz bir oyunçuya deyil, bütün kollektivə qarşı hazırlaşırıq. Sabahkı görüşə tam hazırıq. "Neftçi"nin heyətində həm istedadlı, həm də liderlik keyfiyyətlərinə malik futbolçular var. Bu da rəqibi daha güclü edir".

​Qeyd edək ki, avqustun 19-da "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Makkabi" (Hayfa) görüşü saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right