Kipr millisinin sabiq forvardı Marios Neofitu yerli mətbuata açıqlamasında Konfrans Liqasının üçüncü mərhələsinin AEL(Limassol) – “Qarabağ” matçı haqda danışıb.
Newsport.az xəbər verir ki, veteran futbolçu Neofitu Ağdam klubu barədə fikirlərini bölüşüb:
“Qarabağ”ı bu mövsüm iş başında görməmişəm. Amma APOEL-lə görüşləri xatırladığıma görə, deyə bilərəm ki, AEL üçün gəzinti olmayacaq. “Qarabağ”ın böyük büdcəsi olsa da, qorxulu deyik. Əgər AEL Larnakada uğurlu nəticə qazansa, növbəti uğurların təməlini qoymuş olacaq. Hazırda “Qarabağ” və AEL arasında cüzi səviyyə fərqi var”.