"Qarabağ"ın Kipr klubu ilə oyununun hakimləri bəlli olub

"Qarabağ"ın Kiprdə AEL klubuna qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu üçün təyinatlar açıqlanıb.

Newsport.az-ın məlumatına görə, qarşılaşma İsveçdən olan hakimlər briqadasına həvalə edilib.

Matçın referisi Qlenn Niberqə yan xətt hakimləri Mahbod Beygi, Andreas Söderkvist yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Boyan Panciç yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 5-də Larnaka şəhərindəki "AEK Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right