Qurban Qurbanov: "Uğurlu nəticə haqda düşünürük"

“Qarabağ” Konfrans Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmasında “Aşdod”la üz-üzə gələcək.

Newsport.az-ın məlumatına görə, matçdan öncə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında çıxış edib.

O, sabahkı oyun haqda bunları deyib: “Üstünlük “Aşdod”dadı. Çünki onlar kollektiv futbol oynayırlar. Ona görə də onlardan hansısa futbolçunu xüsusi dəyərləndirmək çətindi. Biz peşəkarıq. Bizim daha uğurlu vaxtlarımız olub. Sabah istənilən nəticəyə hazırıq. Ancaq biz uğursuzluq yox, uğurlu nəticə haqda fikirləşirik.

Ötən mövsüm “Makkabi”(Tel-Əviv) komandası ilə oynamışdıq. Lakin o Avropa Liqasının qrup mərhələsinin oyunları idi. O zaman hər şey başqa cür idi. İsrail klublarının səviyyəsi artmaqdadı. Ona görə “Aşdod”u çox ciddi komanda kimi qəbul edirik”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right