"Keşlə"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Soçi" Rusiya Premyer Liqasında yeni mövsümün ilk oyununa çıxıb.
Newsport.az-ın məlumatına görə, komanda səfərdə "Nijni Novqorod"la qarşılaşıb və 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, "Soçi" "Keşlə"yə qarşı evdə keçirdiyi ilk matçda 3:0 hesabı ilə qalib gəlib. Bu komandalar arasında cavab görüşü iyulun 29-u Bakıda olacaq.