Azərbaycan və Ermənistan təmsilçiləri eyni oyuna təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.
 
Newsport.az xəbər verir ki, o, Belarusun "Torpedo-BelAz" və Danimarkanın "Kopenhagen" klubları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununun hakim-inspektoru olacaq.
 
İyulun 29-də Rusiyanın Kazan şəhərindəki Mərkəzi stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanın UEFA nümayəndəsi isə ermənistanlı Armen Minasyan olacaq. Komandalar arasında ilk oyun danimarkalıların 4:1 hesablı qələbəsi ilə başa çatıb.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right