“Sumqayıt” – “Çukariçki” oyununun hakimləri bilindi

Konfrans Liqasının ikinci mərhələsinin “Sumqayıt” – “Çukariçki” (Serbiya) oyunun hakimləri müəyyənləşib.

Newsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, matça Danimarka Futbol Federasiyasının hakimləri təyinat alıb. Görüşün baş hakimi Yorqen Burxardt, yan xətt hakimləri Lars Hummelqor və Nils Hoq, ehtiyat hakim isə Sandi Putros olacaq.

Bu komandaların cavab matçı iyulun 29-u Sumqayıtda keçiriləcək. Serbiyadakı ilk görüş heç-heçə yekunlaşıb (0:0).
  





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right