Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Keşlə"nin rəqibi olan Rusiyanın "Soçi" klubu futbolçusu Elmur Nabiullinlə yolları ayırıb.
Newsport.az klubun saytına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi ilə başa çatan müqavilənin müddəti yenilənməyib.
Qeyd edək ki, E.Nabiullin "Soçi"də oynadığı 2 mövsümdə ümumilikdə 36 matçda meydana çıxıb.
Xatırladaq ki, "Keşlə" "Soçi" ilə ilk oyununu iyulun 22-i səfərdə keçirəcək. Cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.